...

Şuşa və Ağdama ilk sərnişin avtobus reysi yola düşdü (FOTO)

Cəmiyyət 24 Yanvar 2022 06:55 (UTC +04:00)
Şuşa və Ağdama ilk sərnişin avtobus reysi yola düşdü (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıdan Şuşa şəhərinə Bakı-Şuşa- Bakı sərnişin avtobusu yola düşüb.

Trend-in məlumatına görə, ilk sərnişin marşrutu Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb.

İlk olaraq Şuşaya 2 marşrut avtobusu xəttə buraxılıb.

Şuşa ilə yanaşı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Ağdam -Bakı marşrutları da start götürüb.

Xatırladaq ki, Bakıdan azad olunan ərazilərə avtobus reysləri həftə ərzində cədvəl üzrə hərəkət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti