...

35 yaşımda çıxıb, 65 yaşımda qayıtdım - Şuşa sakinindən təsirli sözlər (VİDEO)

Cəmiyyət 24 Yanvar 2022 16:48
35 yaşımda çıxıb, 65 yaşımda qayıtdım - Şuşa sakinindən təsirli sözlər (VİDEO)

Trend-i buradan izləyin

Şuşa. Samir Əli, Humay Ağacanova - Trend:

1992-ci ildə, 35 yaşımda Şuşadan çıxmışam, indi 65 yaşımda buraya geri qayıtdım.

Bu sözləri Trend-ə ilk Bakı-Şuşa-Bakı avtobus reysi ilə Şuşa şəhərinə gələn sakin bildirib.

O qeyd edib ki, işğaldan sonra ilk dəfədir Şuşaya gəlib.

“Burada keçirdiyim günləri xatırlayıram, həm çox sevinirəm, həm də kövrəlirəm. Prezident İlham Əliyevin sayəsində bu möcüzə bizə bəxş edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ordumuza can sağlığı versin”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün Bakı-Şuşa reysi ilə hərəkət edən ilk sərnişin avtobusu Şuşa şəhərinə çatıbdır. Saat 13:00 radələrində şəhərə daxil olan və 44 sərnişin gətirən avtobus keçmiş avtovağzal ərazisində qarşılanıb. Qarşılanma mərasimində Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Şuşa Şəhəri Polis Şöbəsinin əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qarşılanma mərasimindən sonra ilk sərnişinlər Şuşa qalası, Bülbülün ev-muzeyi, Cıdır düzü kimi tarixi məkanları ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti