...

Azərbaycanda uşaq məhkumlar üçün yeni binanın inşası başa çatıb

Cəmiyyət Materials 11 Mart 2022 12:01 (UTC +04:00)
Azərbaycanda uşaq məhkumlar üçün yeni binanın inşası başa çatıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Samir Əli - Trend:

Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni bina inşa olunub.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova deyib.

Onun sözlərinə görə, artıq binanın tikintisi tam başa çatıb.

"Bina tam standartlara uyğun inşa edilib. Binada yetkinlik yaşına çatmayan məhkumlara psixoloji xidmətlər üçün də şərait yaradılıb. Yaxın günlərdə bina istifadəyə veriləcək və yetkinlik yaşına çatmayan məhkumlar yeni binaya köçürüləcək", - A.Sabitova deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti