...

Peşə təhsili olan mütəxəssislərə ehtiyac var - Deputat

Cəmiyyət Materials 19 Aprel 2022 12:00 (UTC +04:00)
Peşə təhsili olan mütəxəssislərə ehtiyac var - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Peşə təhsili haqqında” Qanunda dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində təhsilalanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunub. Mövcud qanunvericilikdə isə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Afət Həsənova qeyd edib ki, bu dəyişiklik mütərəqqi xarakter daşıyır və peşə təhsilinə marağın artırılmasına mühüm töhfə verəcək.

“Peşə təhsili hər bir ölkənin inkişafı üçün vacib bir sahədir. Təəssüflər olsun ki, bu gün Azərbaycanda valideyinlər övladlarını əsasən ali təhsilə kökləyirlər. Valideynlər övladlarının biliyin, potensialın, intellektual imkanların nəzərə almadan sadəcə diplom xatirinə övladlarını ali təhsilə istiqamətləndirirlər. Lakin gələcəkdə övladının işlə təmin olunub-olunmaması, o işin öhdəsindən gəlib-gəlməməsi valideynləri maraqlandırmır. Onlar peşə təhsilinin əhəmiyyətinə diqqət yetirmirlər. Hesab edirəm ki, valideyinlər öz övladlarının potensialını düzgün qiymətləndirməli və peşə təhsilinin əhəmiyyətinə də diqqət yetirmirlər”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu gün Azərbaycanda peşə təhsilinin inkişafı olduqca vacibdir. “Peşə təhsili bu günün çağırışıdır. Çünki bir çox yeni ixtisaslara Azərbaycanda böyük ehtiyac var. İqtisadiyyatın müxtəlif sahələrində, xidmət, ictimai iaşə sahəsində də peşə təhsilli mütəxəsislərə tələbat böyükdür.

Bu gün Azərbaycanda inkişaf edən sahələrdən biri də turizmdir. Turizm məkanlarının, restoranların, turistlərin sayı artır, ancaq turistlərə göstərilən xidmət hələ də lazımi səviyyədə deyil. Bu da həmin sahədə olan mütəxəsislərin sayının az olmasından, onların hazırlıq səviyyəsinin aşağı olmasından irəli gəlir. Digər sahələrdə də bununla bağlı misallar gətirmək olar. Bu baxımdan peşə təhsilinin əhəmiyyəti olduqca böyükdür”, - deyə A.Həsənova bildirib.

Deputat seçildiyi Suraxanı rayonunda da peşə təhsili müəssisənin yaradılmasına ehtiyac olduğunu qeyd edib. “Əhailisi 210 000 nəfərdən çox olan Suraxanı rayonu ərazisində belə bir təhsil müəssisəsi mövcud deyil. Orta hesabla rayonumuzun ümumtəhsil müəssisələrindən 1 tədris ili ərzində 2000 nəfər şagird məzun olduğu halda onların təxminən 60-70 faizi tələbə adını qazanır ki, bu da hər il peşə təhsilinə cəlb olunmasını zəruri gənclərin sayının 800-ə yaxın olması deməkdir.

Bu baxımdan “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən 2025-ci ilədək inşası nəzərdə tutulmuş müasir standartlara cavab verən yeni peşə təhsili müəssisələrindən müəyyən sayda Suraxanı rayonun əsazisində də tikilməsi məqsədəuyğundur”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti