...

Şuşada birinci Beynəlxalq Kulinariya Festivalı böyük bayramdır - Polad Bülbüloğlu (FOTO)

Cəmiyyət Materials 6 May 2022 18:44 (UTC +04:00)
Şuşada birinci Beynəlxalq Kulinariya Festivalı böyük bayramdır - Polad Bülbüloğlu (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada birinci Beynəlxalq Kulinariya Festivalı böyük bayramdır və hər kəs bu hadisəyə sevinir. Bu, bizi bu gün bir yerə toplamış şanlı Zəfərimiz sayəsində mümkün oldu.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu deyib.

"Şəhidlərimizin ruhu şad olsun. Biz hamımız Qarabağda olduğumuz üçün sevinirik. Bu torpaqda hər şey çox gözəldir", - P.Bülbüloğlu deyib.

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti