Bakı. Trend:
Rusiyanın "Utair" aviaşirkəti iyunun 20-dən etibarən Ufa-Bakı marşrutu üzrə reysləri bərpa edəcək.
Trend bu barədə Ufa beynəlxalq hava limanının mətbuat xidmətinə istinadən məlumat verir.
Qeyd olunur ki, uçuşlar bazar ertəsi günləri 126 yerlik "Boeing 735" təyyarəsi ilə yerinə yetiriləcək.
Uçuş vaxtı 2 saat 50 dəqiqə təşkil edəcək.
(Tərcümə: Orxan Nəbiyev)