...

Növbəti mərhələdə qadın dini ayin icraçıları üçün də vakansiya elan olunacaq - Dövlət Komitəsi (FOTO)

Cəmiyyət Materials 2 Avqust 2022 09:35 (UTC +04:00)
Növbəti mərhələdə qadın dini ayin icraçıları üçün də vakansiya elan olunacaq - Dövlət Komitəsi (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İslam dininə aid ibadət yerlərində (məscidlər) elan olunmuş 39 vakant vəzifə içərisində qadın dini ayin icraçıları üçün vakansiya yoxdur. Ancaq növbəti vakansiya elan edilən zaman orada qadın dini ayin icraçılarının olmasını nəzərdə tuturuq.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib.

G.İsmayılov qeyd edib ki, budəfəki elan olunmuş vakansiyalar ancaq imam və imam müavinləri üçün nəzərdə tutulub: "İmam və imam müavini isə qadınlar üçün nəzərdə tutulan bir vəzifə deyil. Şəriətə görə qadın imam və imam müavini ola bilməz. Burada söhbət yalnız qadın dini ayin icraçısından gedir. Onların fəaliyyəti isə yalnız qadınlara yönəlmiş fəaliyyətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti