...

Diaspor Gənclərinin III Yay Düşərgəsində Azərbaycanın müstəqillik tarixinə dair maraqlı müzakirələr aparılıb (FOTO)

Cəmiyyət Materials 4 Avqust 2022 23:47 (UTC +04:00)
Diaspor Gənclərinin III Yay Düşərgəsində Azərbaycanın müstəqillik tarixinə dair maraqlı müzakirələr aparılıb (FOTO)

Bakı. Trend:

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsinin növbəti günü də yaddaqalan hadisələrlə zəngin olub.

Trend xəbər verir ki, proqram çərçivəsində “Azərbaycanın müstəqillik tarixi” mövzusunda panel iclası təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Yəhya Babanlının moderatorluğu ilə aparılan panel iclasda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Tohidi və Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı çıxış ediblər.

Məruzəçilər Azərbaycan dövlətinin müstəqillik tarixindən, Xalq Cümhuriyyəti dövründən, xalqımızın milli azadlıq mücadiləsinin dövlət müstəqilliyinin bərpa olunması ilə nəticələnməsindən və ölkəmizi parlaq Zəfərə aparan yoldan danışıblar.

Elm və mədəniyyət xadimləri gəncləri maraqlandıran sualları cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti