...

"Intern Academy 2022" layihəsinin açılışı baş tutub (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2022 13:53 (UTC +04:00)
"Intern Academy 2022" layihəsinin açılışı baş tutub (FOTO)

Bakı. Trend:

Noyabrın 11-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, UNICEF-in Azərbaycandakı nümayəndəliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İB-nin birgə təşkilatçılığı ilə artıq üçüncü dəfə təşkil edilən “Intern Academy” layihəsinin açılış tədbiri keçirildi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens, tərəfdaş dövlət qurumlarının, eləcə də gənclər təşkilatlarının nümayəndələri “Intern Academy” layihəsinin müxtəlif ixtisaslar üzrə təhsil alan gənclərin şəxsi və peşəkar inkişafı üçün yaratdığı imkanlar və proqramın gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verdilər. Çıxışçılar layihə iştirakçılarına müvəffəqiyyətlər arzulayaraq “Intern Academy 2022”-nin gənclərin gələcək karyeralarına böyük töhfə verəcəyinə inandıqlarını vurğuladılar.

Daha sonra, layihədə iştirak etmək hüququ qazanan gənclər “Intern Academy 2022” haqqında təəssürat və gözləntilərini iştirakçılarla bölüşüblər.

Qeyd edək ki, “Intern Academy 2022” layihəsinin əsas məqsədi gənclər sahəsində fəaliyyət göstərən dövlət qurumları və gənclər təşkilatlarında öz ixtisasları üzrə təcrübə keçməyə maraqlı olan tələbə və gənc məzunların bilik və bacarıqlarının artırılması, onların gələcək fəaliyyətlərinə təkan verməkdən ibarətdir. Müsabiqəyə 870 gənc proqramda iştirak etmək məqsədilə müraciət etmişdir. Müsahibəyə dəvət edilmiş 210 namizəd sırasından 100 gənc seçilərək təcrübədə iştirak etmək hüququ əldə etmişdir.İştirakçılar proqram müxtəlif istiqamətlər üzrə təşkil edilmiş şəxsi və peşəkar inkişaf təlimlərinə cəlb ediliblər.

Proqramın əsas mərhələsi olaraq növbəti həftədən etibarən gənclər 7 dövlət müəssisəsi (Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi və Dövlət Miqrasiya Xidməti) və 6 gənclər təşkilatında (GİKM, NAYORA, ATGTİ, ASAP, İRƏLİ və GMD) təcrübəyə başlayacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti