...

Şuşa Könüllüləri Şuşa üçün hazırlaşırlar (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2022 15:13 (UTC +04:00)
Şuşa Könüllüləri Şuşa üçün hazırlaşırlar (FOTO)

Bakı. Trend:

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən geniş bərpa-quruculuq işlərinə və Böyük Qayıdış prosesinə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən ötən aylarda “Qayıdış Könüllüləri” proqramına start verilmişdir. Proqram çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi ilə birgə “Ağdam Könüllüləri” qrupu artıq fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi ilə birgə formalaşdırılan “Şuşa Könüllüləri” qrupunun isə təlim mərhələsi uğurla davam edir.

8 noyabr Zəfər Günü ərəfəsində qəbuluna start verilən “Şuşa Könüllüləri” qrupuna qısa müddət ərzində 250-dən çox şəxs müraciət etmişdir. Müsahibə mərhələsinin yekununda 20-yə yaxın könüllü seçilərək proqramın təlim mərhələsində iştirak haqqı qazanmışdır. 4 gün müddətində müxtəlif dövlət qurumlarının nümayəndələri və peşəkar təlimçilər tərəfindən keçirilən təlimlərdə iştirak edən könüllülər son mərhələ olaraq imtahana cəlb olunacaqlar. Yekunda imtahan mərhələsini uğurla başa vuran “Şuşa Könüllüləri” Şuşa şəhərində həyata keçirilən müxtəlif fəaliyyətlərə cəlb olunacaqlar. Onlar Şuşaya səfər edən yerli və xarici qonaqların qarşılanması, ərazidə görülən işlərlə tanışlığı prosesinə, Şuşada keçirilən yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilinə, bərpa və yenidənqurma işlərinə könüllü dəstəyi göstərəcəklər.

Qeyd edək ki, “Qayıdış Könüllüləri” proqramının başlıca vəzifəsi Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planının 3.1.3. bəndinə uyğun olaraq, əhalinin yaşayış məntəqələrinə qayıdışının asanlaşdırılması və gənclərin bu prosesdə iştirakının təşviqidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti