Bakı.Trend:
Naxçıvanda DOST Mərkəzi açılacaq.
Trend-in məlumatına görə, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ilin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hazırda bununla bağlı işlər görülür:
"Naxçıvanda artıq DOST Mərkəzinin yaradılması ilə bağlı işlər görülür. Gələn ilin sonuna qədər işlər yekunlaşacaq və mərkəz fəaliyyətə başlayacaq".