...

Bakıdan daha dörd istiqamət üzrə onlayn bilet satışı təşkil edilib

Cəmiyyət Materials 19 Yanvar 2023 10:37 (UTC +04:00)
Bakıdan daha dörd istiqamət üzrə onlayn bilet satışı təşkil edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha 4 istiqamət əlavə edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, artıq sərnişinlər paytaxt Bakıdan Balakən, Gədəbəy, Oğuz və Horadizə, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara onlayn bilet ala biləcəklər.

Sistemdə ilkin mərhələdə Bakıdan Gəncə, Qazax, Bərdə, Mingəçevir, Göyçay, Şəki, Zaqatala, Qax, Quba, Qusar, Xudat, Astara və Lənkəran olmaqla 13 marşrut üzrə avtobuslara bilet əldə etmək mümkün idi. Portala daxil edilən istiqamətlərin sayı hazırda 17-yə çatıb.

Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.

Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store”“Google Play”dan yükləmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti