...

Azərbaycan könüllüləri Kahramanmaraşda (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2023 13:04 (UTC +04:00)
Azərbaycan könüllüləri Kahramanmaraşda (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışı ilə ötən həftə Azərbaycandan qardaş Türkiyəyə yollanan 100 nəfər Azərbaycanın könüllü gəncləri hadisə yerinə çatan kimi təbii fəlakətdən zərərçəkənlər üçün könüllü olaraq müxtəlif xidmətləri həyata keçirməyə başlayıblar.

Azərbaycan Gənclər Fondundan Trend-ə verilən məlumata görə, könüllülərimiz təbii fəlakət nəticəsində zərərçəkən əhali üçün çadır şəhərciyinin salınmasında, evləri dağılmış insanların yemək və tibbi ləvazimatla təmin edilməsində, habelə Türkiyə Gənclər Fondu ilə Azərbaycan Gənclər Fondunun Kahramanmaraşın mərkəzində yerləşən qərargah ərazisində humanitar yardımların qəbul edilərək çeşidlənməsində fəal iştirak etmişlər. Bununla yanaşı, tibb təhsili olan könüllülərimiz tərəfindən yerli əhaliyə ilkin tibbi yardımın göstərilməsi və daha sonra peşəkar həkimlərə yönləndirilməsi, eləcə də uşaqlara psixoloji dəstək xidmətləri təşkil olunub.

Qeyd edək ki, Türkiyənin rəsmi şəxsləri və xalqı Azərbaycan könüllülərinin qardaş köməyinə gəlməsini çox yüksək qiymətləndirib, könüllülərimizi görən yerli sakinlər onları emosional şəkildə sevinc göz yaşları ilə qarşılayıblar.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti