...

Leyla Abdullayeva azərbaycanlıların Novruz Bayramını təbrik edib (VİDEO)

Cəmiyyət Materials 14 Mart 2023 17:10 (UTC +04:00)
Leyla Abdullayeva azərbaycanlıların Novruz Bayramını təbrik edib (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mart ayında Azərbaycanda ən qədim, əziz və sevimli bayramlardan biri - Azərbaycan xalqının ənənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı qeyd olunur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.

"Ölkəmizdə Novruz bayramı həmişə torpağı, dirçəlişi, təbiəti, mənəvi saflığı və bərabərliyi özündə ehtiva edən bayram olub. Bu bayram yazın başlanğıcını əks etdirir. Novruzdan əvvəl hər biri təbiət elementlərindən birinin oyanmasına həsr olunmuş dörd çərşənbə axşamı var. Beləliklə, hər həftənin çərşənbə axşamı günləri - su, od, yel və torpaq çərşənbələri qeyd olunur. Təbiətdə bu elementlərin oyanması beşinci əsas ünsürün, yəni Novruzun gəlişindən, yerin dirçəlişinin başlanğıcından xəbər verir. Qoy bu Novruz bayramı sizə sülh və firavanlıq bəxş etsin", - deyə paylaşımda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti