...

Bu gün müqəddəs Ramazan ayı başlayır

Cəmiyyət Materials 23 Mart 2023 00:41 (UTC +04:00)
Bu gün müqəddəs Ramazan ayı başlayır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanda Ramazan ayı başlayır.

Trend xəbər verir ki, bu il üfüqümüzdə hilalın (təzə Ayın) martın 22-ü görünməsi Ramazan ayının 1-i miladi təqvimlə 2023-ci il aprelin 2-3 nə təsadüf edəcək.

Ramazan ayının ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 9-da olacaq. İkinci qədr gecəsi aprelin 11-i (Ramazan ayının 18-dən 19-na keçən gecə), üçüncüsü aprelin 13-də və sonuncusu aprelin 17-də olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. QMİ Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Qeyd olunur ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Qeyd edək ki, Şəvval ayının 1-i, aprelin 21-də Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti