...

Yevlax rayonunda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 8 May 2023 16:20 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət orqanları tərəfindən Yevlax rayonu ərazisində qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilən məlumata görə, Yevlax rayonu Nərimanabad kəndi ərazisində Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarında yerləşən mövcud yanacaqdoldurma məntəqəsinin yaxınlığında aşkar olunmuş qanunsuz tikinti-quraşdırma işləriilə bağlı Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə dərhal araşdırma aparılmış və sözügedən ərazidə Nazim İslam oğlu Əhmədov tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinəriayət edilmədən, zəruri razılaşdırılma və icazə prosedurları həyata keçirilmədən, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.02.2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın tələblərinəuyğun olaraq yanacaqdoldurma məntəqələrindən zəruri ara məsafəsi saxlanılmadan özbaşına tikinti-quraşdırma işlərinə başlanılması müəyyən edilmişdir.

Bununla bağlı Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Komitə ilə birgə Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq ərazidə aparılan tikinti-quraşdırma işlərinin dayandırılması və Nazim Əhmədov tərəfindən sözügedən qanunsuz tikilinin sökülməsi təmin edilmişdir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır və müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi alınmadan hər hansı tikinti işlərinin aparılmasının qadağan olduğunu diqqətə çatdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti