...

Şuşa və Ağdama gələn ay üçün avtobus biletləri satışa çıxarılacaq

Cəmiyyət Materials 26 May 2023 14:29 (UTC +04:00)
Şuşa və Ağdama gələn ay üçün avtobus biletləri satışa çıxarılacaq

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyun ayına olan biletlər 29 may 2023-cü il saat 12:00-da satışa çıxarılacaq.

Agentlikdən Trend-ə verilən məlumata görə, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 24 yanvar 2022-ci ildə istifadəyə verilib. Bu günədək 549 reys həyata keçirilib, 22 min 287 nəfər işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti