...

Kadrlar üzrə mütəxəssis vakansiyası elan olunub

Cəmiyyət Materials 14 İyul 2023 19:09 (UTC +04:00)
Kadrlar üzrə mütəxəssis vakansiyası elan olunub

Bakı. Trend:

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıdakı filialı Kadrlar üzrə mütəxəssis vakansiyası elan edib.

Trend namizədin görəcəyi iş barədə məlumatı çatdırır:

● Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması;

● İşçilərin şəxsi işlərinin qaydaya salınmasına və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;

● Əmək kitabçalarının qeydiyyatının aparılması;

● Məzuniyyət və ezamiyyətlərin sənədləşdirilməsi;

● Əməkdaşların məlumatlarının elektron sistemləşdirilməsi;

● Müvafiq vakansiyaların yazılması və elan edilməsi;

• İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Servislə təmin olunur.

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

• Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

• Təhsil : Ali

• Təcrübə: Ali təhsil müəssisələrində çalışanlara üstünlük veriləcəkdir.

• Yaş : 20 – 50

• Proqramlar: 1 C və MS Office

• Dil biliyi : azərbaycan dili və rus dili biliyi vacibdir.

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ləri məktubun mövzusuna müraciət edəcəyiniz vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 30.06.2023-cü il tarixinədək göndərə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti