...

Sərxoş halda avtoxuliqanlıq edən şəxs həbs olundu

Cəmiyyət Materials 10 Avqust 2023 10:17 (UTC +04:00)
Sərxoş halda avtoxuliqanlıq edən şəxs həbs olundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Qeyd edilib ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və digər hərəkətdə olan avtomobillər üçün real təhlükə yaratdığına görə “Saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini İsmayıl İsmayılovun spirtli içkinin təsiri altında olması müəyyən edilib.

Həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub.

Quba Rayon Məhkəməsinin qərarı ilə İsmayıl İsmayılov inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti