...

Sahil Babayev DOST-la bağlı əsas hədəflərini açıqladı

Cəmiyyət Materials 7 Sentyabr 2023 10:55 (UTC +04:00)
Sahil Babayev DOST-la bağlı əsas hədəflərini açıqladı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti 2-3 il ərzində bütün ölkəni DOST mərkəzlərinin xidmətləri ilə əhatə etmək əsas hədəflərdəndir.

Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Bu gün bu xidmətlərlə 50% əhali təmin edilir. Mərkəzlərin sayı azdır. Məqsədimiz bütün regionlarda mərkəzlərin sayını artırmaqdır. Mərkəzin xidmətlərindən istifadə edənlərin məmnunluq səviyyəsi də olduqca yüksəkdir. Bu gün DOST modelinin üzərində iş aparılır. Yaxın gələcəkdə DOST konsepsiyası daha yaxşı tanınma əldə edəcək",- deyə nazir bildirib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti