...

Bu sahələrdə işçi çatışmazlığı əsas problemlərdəndir - Avropa Sosial Şəbəkəsininin sədri

Cəmiyyət Materials 7 Sentyabr 2023 11:04 (UTC +04:00)
Bu sahələrdə işçi çatışmazlığı əsas problemlərdəndir - Avropa Sosial Şəbəkəsininin sədri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitin mütəmadi şəkildə artırılması müsbət haldır.

Trend xəbər verir ki, bu barədə Avropa Sosial Şəbəkəsininin sədri Kristian Fillet “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Bu gün sosial və səhiyyə sahəsində təhsil almış işçilərin çatışmazlığı əsas problemlərdəndir. Vahid platformanın qurulması üçün bu sahədə olan boşluğun aradan qaldırılması istiqamətində səyləri əsirgəməməliyik. Fiziki məhdudiyyətli şəxslərin bu sahəyə cəlbi ilə bağlı işlər də görülməlidir.

Azərbaycanda dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitin mütəmadi şəkildə artırılması müsbət haldır. Bu da əhaliyə daha yaxşı sosial xidmətlərin göstərilməsinə gətirib çıxarır”,- deyə o əlavə edib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti