...

Yenilənmiş mygov platforması ilə bağlı işlər nə vaxt yekunlaşacaq? - AÇIQLAMA

Cəmiyyət Materials 7 Sentyabr 2023 11:30 (UTC +04:00)
Yenilənmiş mygov platforması ilə bağlı işlər nə vaxt yekunlaşacaq? - AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yenilənmiş mygov platforması ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Yeni versiya bu ilin sonuna qədər istifadəyə veriləcək. Hazırda yalnız 45 faiz xidmətlər rəqəmsal hökumət platformasında birləşdirilib. Əksər xidmətlərə əlçatanlıq olmadığı üçün yenilənmə aparılır. Bir platformaya cəmləşmə gedir", - deyə o əlavə edib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti