...

Azərbaycanın sosial təminat sistemindən faydalanırıq - Serbiyalı nazirin köməkçisi

Cəmiyyət Materials 7 Sentyabr 2023 12:50 (UTC +04:00)
Azərbaycanın sosial təminat sistemindən faydalanırıq - Serbiyalı nazirin köməkçisi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya və Azərbaycan arasında münasibətlər dostluq və əməkdaşlıq xarakteri daşıyır.

Trend xəbər verir ki, bunu Serbiya Respublikasının ailə rifahı və demoqrafiya nazirinin köməkçisi Sandra Grujicic “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Azərbaycanın sosial təminat sistemindən faydalanırıq və Serbiyada da bu təcrübədən yararlanırıq. Qarşımızda universal fəaliyyət çağırışı dayanır. 17 dayanıqlı inkişaf məqsədi bütün insanların həyatını əhatə edir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti