...

Dünyada hər 10 nəfərdən biri ifrat yoxsulluq həddində yaşayır - Milli əlaqələndirmə şurasının katibi

Cəmiyyət Materials 7 Sentyabr 2023 13:22 (UTC +04:00)
Dünyada hər 10 nəfərdən biri ifrat yoxsulluq həddində yaşayır - Milli əlaqələndirmə şurasının katibi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada bütün işçilərin 60 faizindən çoxunda əmək müqaviləsi mövcud deyil.

Trend xəbər verir ki, bunu Dayanıqlı inkişaf üzrə milli əlaqələndirmə şurasının katibi Hüseyn Hüseynov “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans çərçivəsinsə keçirilən paneldə deyib.

O bildirib ki, bu da həmin şəxslərin gələcəkdə sosial xidmətlərdən yararlanma imkanlarına mane olur.

"Digər bir statistikanı nəzərinizə çatdırmaq istəyirəm. Əhalinin sosial rifahının gücləndirilməsi üçün əsas məsələlərdən biri də işsizliyin azaldılmasıdır. Bunun üçün 2030-cu ilə qədər 600 milyona qədər yeni iş yerinin yaradılması vacibdir.

Hər 10 nəfərdən biri ifrat yoxsulluq həddində yaşayır. Onların yarısının yaşı 18 yaşdan aşağıdır. Bu, o deməkdir ki, uşaqlar çox böyük təsirə məruz qalırlar. Bu halda onların təhsilə çıxış imkanları olmur və gələcəkdə əmək bazarına heç bir kvalifikasiya olmadan çıxırlar.

Eyni zamanda, inkişaf etmiş ölkələrdə 30 mindən çox uşaq kasıb ailədə böyüyür. Hər 10 nəfərdən 3-nün təhlükəsiz içməli su resurlarından istifadə məhdudiyyəti var. Son illərdə su problemi qlobal xarakter almaqdadır. Bu, eyni zamanda, bizim ölkəmiz üçün də xarakterikdir", - deyə o əlavə edib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti