...

Müddətli müqavilə ilə müəllimlərin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub

Cəmiyyət Materials 8 Sentyabr 2023 18:55 (UTC +04:00)
Müddətli müqavilə ilə müəllimlərin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

5-7 sentyabr tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.

Bu barədə Trend-ə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Qeyd edilib ki, vakansiya seçimi mərhələsində uğur qazanan 1 306 namizəd müddətli müqavilə ilə işləmək imkanı əldə edib.

Namizədlər 12 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti