...

Trend BİA-də Şuşada lentə alınan "Qarabağ" layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 15 Sentyabr 2023 19:59 (UTC +04:00)
Trend BİA-də Şuşada lentə alınan "Qarabağ" layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Trend Beynəlxalq İnformasiya Agentliyində Şuşa şəhərində lentə alınan "Qarabağ" klip layihəsinin təqdimatı keçirilib.

Bu barədə Trend cümə günü xəbər verir.

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası, istedadlı vokalçı Ayan Tohidinin (mezzo-soprano) ifasında “Qarabağ” kompozisiyası üzrə videolayihə rejissor Samir Qulamov tərəfindən lentə alınıb. Musiqinin və sözlərinin müəllifi Ayan Tohididir.

"Bu gün mənim həyatımda və yaradıcılıq karyeramda mühüm gündür - Qarabağa həsr olunmuş layihəni təqdim edirəm. 44 günlük Vətən Müharibəsində qazanılan Şanlı Qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Bizə Qələbə sevincini Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu bəxş edib”, - Tohidi deyib.

Rejissor Samir Qulamov videolayihədə görülən işlərdən bəhs edərək, Şuşa şəhərində çəkilişdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Samir Qulamov Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissorudur. Əvvəllər o, Qarabağa həsr olunmuş videolayihələr və qısametrajlı filmlər də çəkib.

“Qarabağ” videolayihəsinin operatoru Murad Həsənov, montajçı - Elmir Məmmədovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti