...

Naxçıvanda DOST Mərkəzi açılacaq (ÖZƏL)

Cəmiyyət Materials 15 Noyabr 2023 16:43 (UTC +04:00)
Naxçıvanda DOST Mərkəzi açılacaq (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan şəhərində də inşası aparılan DOST Mərkəzinin binasında son tamamlama işləri aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, təchizat-təminat işləri görülür.

"Yaxın vaxtlarda istifadəyə veriləcək DOST Mərkəzində Naxçıvan Muxtar Respublikasının əhalisinə dövlət tərəfindən təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə vahid mərkəzdən müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə daha rahat çıxış təmin ediləcək.

Azərbaycanda 2025-ci ilədək DOST mərkəzlərin sayının 17-yə, DOST filiallarının sayının isə 55-ə çatdırılması nəzərdə tutulur", - deyə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti