Bakı. Trend:
Laçına qayıdış sevincini bizə yaşadan Ali Baş Komandanımıza təşəkkür edirik.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Umudov Ramiz deyib.
Onun sözlərinə görə, özü 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub və Laçını 34 yaşında tərk edib.
"Bir tərəfdən kədərliyəm. Çünki bu yolda şəhidlər vermişik. Amma o şəhidlərimizin qanı bahasına torpaqlarımız işğaldan azad olunub. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can-sağlığı versin.
İndi isə çox sevinirəm ki, öz yurduma geri dönürəm. Qayıtmaq sevincimi sözlərlə ifadə edə bilmirəm", - deyə o qeyd edib.
Laçın sakini qeyd edib ki, orada yaşamaq üçün tam şərait yaradılıb. Dövlətimizə təşəkkür edirik.
Qeyd edək ki, bu gün də nəzərə alınmaqla Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.