...

Laçına köçürülən ailələr artıq doğma yurdlarına çatıb (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2023 16:21 (UTC +04:00)
Laçına köçürülən ailələr artıq doğma yurdlarına çatıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Laçına köçürülən ailələr artıq doğma yurdlarına çatıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, səhər saatlarında Bakı şəhərindən yola düşən 81 nəfərdən ibarət 21 ailə artıq Laçın şəhərinə çatıb.

Belə ki, yeni köçürülən ailələri burada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri qarşılayıb.

Bununla da Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki,​ köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti