Bakı. Trend:
Azad edilmiş ərazilərdə yaşamaq çox gözəl duyğudur.
Trend-in məlumatına görə, bunu Füzuli sakini Şirinova Aytən deyib.
Onun sözlərinə görə, Füzuli haqqında qayınatası və qayınanası çox danışıblar. İndi isə Füzulini öz gözləri ilə görmək üçün çox sevinir.
“İndiyə kimi Füzulini görməmişəm və oraya bir gəlin olaraq gedirəm. Deyilənlərə görə, Füzuli daha gözəldir. Ailəliklə hamımız sevinirik. Allah dövlətimizi var eləsin, bizim üçün şərait yaradılıb. Bundan sonra Füzulidə yaşayıb, Füzulini dirçəltmək istəyirik”, - deyə o qeyd edib.
Xatırladaq ki, bu gün də daxil olmaqla Füzuli şəhərində 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.