...

Bakıda kişi atasının evini yandırdı

Cəmiyyət Materials 16 Dekabr 2023 11:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda kişi atasının evini yandırıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 14-də saat 10 radələrində Ümid qəsəbəsində yerləşən evlərin birində baş vermiş yanğınla bağlı Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməlin ev sahibinin 32 yaşlı oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti