...

Əvvəlki illərin məzunları üçün buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı

Cəmiyyət Materials 29 Dekabr 2023 14:51 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əvvəlki illərin məzunları üçün buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Məlumata əsasən:

14 aprel 2024-cü il tarixində,

- Əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik bazadan kolleclərə qəbul imtahanı

- Ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən XI sinif şagirdləri üçün əlavə imtahan

- Eksternat qaydasında buraxılış imtahanlarını keçiriləcək.

5 may 2024-cü il tarixində,

- Əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı

- Kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən IX sinif şagirdləri üçün əlavə imtahan

- Eksternat qaydasında buraxılış imtahanları keçiriləcək.

Əlavə edilib ki, DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti