...

Yataqxanadakı yanğında məcburi köçkün ailələrinə ziyan dəyib? - RƏSMİ

Cəmiyyət Materials 18 Yanvar 2024 13:10 (UTC +04:00)
Yataqxanadakı yanğında məcburi köçkün ailələrinə ziyan dəyib? - RƏSMİ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 17-də Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş verən yanğında 11 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış sahəsinə ziyan dəyib.

Trend xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqınkom) məlumat yayıb.

Bildirilib ki, yanğın barədə məlumat daxil olduqdan dərhal sonra "Qaçqınkom"un aidiyyəti struktur bölməsinin rəhbər şəxsləri hadisə yerinə yollanıblar:

"İlkin araşdırma nəticəsində 11 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış sahəsinə ziyan dəydiyi müəyyən edilib. Hazırda Dövlət Komitəsinin rəhbərliyi hadisə yerindədir, siyahıyaalınma aparılır. Müvafiq tədbirlər görüləcək. Yanğın baş vermiş binada 35 ailə müvəqqəti məskunlaşıb. Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaqdır".

Qeyd edək ki, Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti