...

“Qazel” və "KİA" teplovozla toqquşub

Cəmiyyət Materials 21 Fevral 2024 16:47 (UTC +04:00)
“Qazel” və "KİA" teplovozla toqquşub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanın dəmir yollarında sürücülərin diqqətsizliyinin nəticəsi olaraq 2 qəza baş verib.

Trend bu barədə "Azərbaycan Dəmir Yolları "QSC -yə istinadən xəbər verir.

Məlumata görə, Zaqatala stansiyasında teplovoz dəmiryol keçidində hərəkət edərkən “Qazel” markalı yük avtomobili qəfil dəmir yoluna çıxaraq toqquşmaya səbəb olub. Digər hadisə isə Salyan rayonu ərazisində baş verib. "KİA" markalı avtomobil dəmiryol keçidinə yaxınlaşarkən yol nişanlarını nəzərə almadan sürətini azaltmayıb və hərəkətdə olan teplovozla toqquşub.

Hər iki hadisə nəticəsində xəsarət alan olmayıb.

"ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti