...

Paytaxtda mətbəxində siçovul gəzən restoranın fəaliyyəti məhdudlaşdırıldı

Cəmiyyət Materials 9 İyul 2024 16:17 (UTC +04:00)
Paytaxtda mətbəxində siçovul gəzən restoranın fəaliyyəti məhdudlaşdırıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində fəaliyyət göstərən “Biblioteka” ictimai iaşə obyektində plandankənar yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, fiziki şəxs Şabanov Nəcməddin Nazim oğluna məxsus obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

"Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam edir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, sözügedən restoranın mətbəxində siçovulun gəzməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti