...

Azərbaycanda gənclər tərəfindən törədilən cinayətlərin sayı məlum olub

Cəmiyyət Materials 19 Sentyabr 2024 17:10 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə 25006 nəfər cinayət törətmiş şəxs aşkar olunub, onların da 6869 nəfəri və ya 27,5 faizi 14-29 yaşda olan gənclərdir.

Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycan gəncləri" məcmuəsində öz əksini tapıb.

Qeyd olunub ki, cinayət törətmiş 14-29 yaşda olan gənclərin 46,6 faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 27,7 faizi iqtisadi sahədə, 22,3 faizi şəxsiyyət əleyhinə, 3,4 faizi isə cinayəti digər sahələrdə törədiblər.

Son illər gənc nəsli milli adət-ənənələrimizə, mənəviyyatımıza, əxlaqımıza zidd olan əməllərdən çəkiləşdirmək, bütün bəşəriyyəti narahat edən zərərli vərdişlərdən qorumaq, cinayətkarlıq hallarının qarşısını almaq məqsədilə görülmüş tədbirlər, asudə vaxtlarını səmərəli keçirmək üçün istifadəyə verilmiş olimpiya idman kompleksləri, yeni açılmış iş yerləri öz töhfəsini verib.

2022-ci ilə nisbətən 2023-cü ildə gənclər tərəfindən törədilən ümumi cinayətlərin sayından quldurluq 29,6 faiz, soyğunçuluq 24,0 faiz, oğurluq 16,4 faiz, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər 6,2 faiz, xuliqanlıq isə 1,1 faiz azalma ilə müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti