Bakı. Trend:
Azərbaycanda təxminən 4400-ə qədər məktəb var. Onların böyük əksəriyyəti - 90%-ə qədəri son illər ərzində tikilib, yaxud yenidən bərpa olunub.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu say təxminən 3900-dən artıqdır.
"Hər il də bu iş müvafiq plana uyğun olaraq ayrı-ayrı bölgələri nəzərə almaqla davam etdirilir.
Düşünürəm ki, yaxın illərdə mərhələli şəkildə bu proses bitəcək. Eyni zamanda, bizim işğaldan azad edilmiş ərazilərimizdə məktəb tikintisi prosesi davam edir", - deyə nazir əlavə edib.