...

İnsan haqları və Humanitar hüquq İnstitutunun ekspertləri Ombudsman aparatında institutun əməkdaşları üçün treninq seminarlar keçiriblər

Cəmiyyət Materials 18 May 2006 21:03 (UTC +04:00)

İnsan haqları üzrə ombudsmanın çoxşaxəli fəaliyyətində maarifləndirmə işi əhəmiyyətli yer tutur. İnsan haqları sahəsində əhalinin maarifləndirilməsi fəaliyyətinə təşkilatın əməkdaşlarının hüquqi biliklərinin artırılması, beynəlxalq təcrübənin öyrənilməsi də daxildir.

Trend in verdiyi məlumata görə, insan haqları üzrə müvəkkil beynəlxalq xarici ekspertlərin iş təcrübəsini daim diqqət mərkəzində saxlayır.

İsveç Beynəlxalq İnkişaf üzrə Agentlik (SIDA) İnsan haqları üzrə müvəkkil aparatı ilə birgə 2005-07-ci illər üzrə "Ombudsman institutuna yardım" layihəsini həyata keçirir. Bu layihə ombudsman institutunun insan haqlarının müdafıəsi sahəsində imkanlarını təkmilləşdirməyə daha da kömək edəcək.

2006-cı il mayın 22-26-da bu institutun beynəlxalq ekspert və mütəxəssisləri Brayan Burdekin, Bill Çapmen, Karol Novak və Barbara Bernat göstərilən layihə üzrə ombudsman aparatının əməkdaşları üçün treninq-seminarlar keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti