...

Azərbaycanın Ombudsman aparatının əməkdaşları Mingəçevir, Göyçay və Ağsunun müvəqqəti izolyatorlarına və polis bölmələrinə baxış keçiriblər

Cəmiyyət Materials 1 Avqust 2006 17:55 (UTC +04:00)

Azərbaycanın İnsan haqları üzrə müvəkkilinin (ombudsman) əməkdaşları Mingəçevir, Göyçay və Ağsunun müvəqqəti izolyatorlarına və polis bölmələrinə baxış keçiriblər. Bu barədə Trend ə ombudsman aparatından xəbər veriblər.

Ombudsman nümayəndələri oradakı insanlarla görüşüb, onların saxlanma şəraiti, kameraların vəziyyəti, gəzinti yerləri ilə tanış olub, dini ayinlərin keçirilməsi üçün nəzərdə tutulmuş otaqlara baxıb və öz tövsiyyələrini veriblər. Ombudsman aparatının pres-relizində qeyd olunduğu kimi, Göyçay rayonunun Polis bölməsində istintaq izolyatoruna baxış keçirən zaman oranın şəraitinin müvəqqəti həbs olunan şəxslərin saxlanması üçün Avropa standartlarına və qəbul edilmiş normativ-hüquqi aktlara uyğun olduğu müəyyən edilib.

Baxışın nəticələri Daxili İşlər Nazirliyinə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti