...

"Azərros" Kondoloqadakı hadisələrdən hiddətlənir və etirazını bildirir

Cəmiyyət Materials 6 Sentyabr 2006 20:52 (UTC +04:00)
"Azərros" Kondoloqadakı hadisələrdən hiddətlənir və etirazını bildirir

"Azərros" Kondoloqa şəhərində baş verənlərə hiddətlənir və hesab edir ki, dövlət və ictimaiyyət dərhal buna qarşı müvafiq tədbirlər görməli və millətlərarası münaqişənin qızışdırılmasına və bunun Kareliyadan kənara çıxmasına yol verməməlidir. Trend in Moskvadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin ( "Azerros" RAMMM) prezidenti Söyün Sadıqovun bəyanatında bildirilib.

"Biz dövlət məmurları və hüquq-mühafizə orqanlarının himayədarlıq etdiyi cinayətkar dəstələrin həyasızlığı və cəzasızzlığı nəticəsində ümidsizliyə düçar olmuş soydaşlarımızın, sadə insanların hisslərini anlayırıq. Amma biz xalq qəzəbindən istifadə edərək, nəinki bütün "qafqazlıların", həmçinin 1991-ci ildən sonra gəlmiş insanların şəhərdən qovulması tələb ilə keçirilən qondarma "xalq toplantıları" təşkil edən təxribatçıların fəaliyyətinə reaksiya verməyə bilmərik. İnsanlara nifrət hissi aşılanıb, kütlə istənilən mənasız və təhlükəli ola biləcək bəyanatlarla çıxış etməyə hazırdır. Bunu bilərək, təxribatçılar yenə də kütlədə düşmən obrazı yaradaraq, onu açıqcasına üsyana, yadları qovmağa çağırır. Hansısa banditlərin hərəkətlərinə görə nədənsə bütün xalq cavab verməlidir", - deyə məlumatda bildirilir.

S.Sadıqov hesab edir ki, dövlət "artıq başını qumda cizlətməməli və millətlərin dinc yanaşı yaşaması probleminin həlli ilə məşğul olmalı, vətəndaşların təhlükəsizliyini təmin etməlidir". "Kondoloqada kriminal terrora yol verənlər indi də talan və qarışıqlığa əl atırlar. Və yenə də heç kim heç nəyə görə cavab vermir. SSRİ-nin dağılması, bax, belə "məişət" münaqişələrindən və yalançı vətənpərvərlərdən başladı. Təəssüf ki, bəzi milliyyətçi və ekstremist nəşrlər və saytlar açıqcasına millətlərarası münaqişəyə çağırışlar edirlər. Rusiyanın bütün vətəndaşlarını təxribatlara uymamağa və dövlətimizin düşmənlərini dəf etməyə çağırırıq", - deyə bəyanatda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti