...

Azərbaycan yığmasında daha bir braziliyalı futbolçu oynayacaq

Cəmiyyət Materials 25 Sentyabr 2006 20:17 (UTC +04:00)

"Karvan"ın yarımmüdafiəçisi Ernani Pereyra Portuqaliyaya və Belçikaya qarşı Avropa-2008 sempionatının oktyabr seçmə matçında oynamaq üçün Azərbaycan yığmasına cəlb olunub.

Trend in xəbər verdiyi kimi, E. Pereyra baş məşqçi Şahin Diniyevin qarşıdakı görüşlərdə oynamaq üçün çağırdığı Leandro Qomeş və Andre Ladaqidən sonra milli komandada artıq üçüncü braziliyalı olacaq. Məşqçi Serbiyaya (0:1) və Qazaxıstana (1:1) qarşı bu yaxınlarda keçirilmiş görüşlərdə iştirak etmiş oyunçulara arxayın olaraq, komanda da daha heç bir əhəmiyyətli dəyişikliklər etməyib. Xüsusilə, heyətə yenidən Moskva "SSKA"sının 17 yaşlı hücumçusu Vaqif Cavadov, eləcə də "Qarabağ"ın hücumçusu Samir Musayev daxil edilib.

Azərbaycan yığmasının heyəti:

Qapıçılar: Fərhad Vəliyev ("İnter" ), Cahangir Həsənzadə ("Qarabağ");

Müdafiəçilər: Sergey Sokolov, Aslan Kərimov (hər ikisi "Qarabağ"), Rail Məlikov ("Bakı"), Zaur Həşimov ("İnter"), Aleksandr Çertoqanov ("Neftçi");

Yarımmüdafiəçilər: Ernani Pereyra, Yuriy Muzıka (hər ikisi "Karvan"), Andre Ladaqa, Ramazan Abbasov, Ceyhun Sultanov (hamısı "Bakı"), Elmar Baxşıyev, Emin İmaməliyev (hər ikisi "İnter");

Hücumçular: Leandro Qomeş ("Bakı"), Vaqif Cavadov (SSKA, Moskva), İlqar Qurbanov, Vüqar Nadirov (hər ikisi "Xəzər"), Samir Musayev ("Qarabağ"), Fərrux İsmayılov ("Neftçi").

Xəbər lenti

Xəbər lenti