...

Ramiz Rzayev Avropa Şurası ölkələri Ali Məhkəmə sədrlərinin Parisdə keçirilən 8-ci konfransında iştirak edib

Cəmiyyət Materials 28 Oktyabr 2006 12:04 (UTC +04:00)

Azərbaycanın Ali Məhkəməsinin sədri Ramiz Rzayev Avropa Şurası ölkələri Ali Məhkəmə sədrlərinin Parisdə keçirilən 8-ci konfransında iştirak edib. Bu barədə Trend ə Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Avropa Şurası və Fransanın Kassasiya Məhkəməsi tərəfindən, o cümlədən həmin ölkənin Ədliyyə Nazirliyinin dəstəyi ilə təşkil olunmuş tədbirdə məhkəmə sədrləri "Ali Məhkəmə: tendensiyalar və perspektivlər" mövzusu ətrafında müzakirələr aparıblar.

Avropa Şurasına üzv olan ölkələrin Ali Məhkəmələrində vətəndaşların qəbulu, Ali Məhkəmənin Məhkəmə Hüquq Şurasında fəaliyyəti, presedent hüququnun yaradılmasında və ictimaiyyətə çatdırılmasında Ali Məhkəmənin rolu, Ali Məhkəmədə yeni informasiya texnologiyalarının tətbiqi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti