...

Dima Bilan dekabrın 18-də Bakıda çıxış edəcək

Cəmiyyət Materials 27 Noyabr 2006 11:00 (UTC +04:00)

Dekabrın 18-də Rusiya estradasının ulduzu Dima Bilan Heydər Əliyev adına sarayda konsert proqramı ilə çıxış edəcək. Bu barədə Trend ə mərkəzi konsert zalının mətbuat xidmətindən məlumat verilib. Xatırladaq ki, müğənninin konserti oktyabrın 30-da baş tutmalı idi. Biletlər az qala qabaqcadan satılmışdı. Ancaq qastrol təxirə salındı. Məsələ burasındadır ki, Bilan həmin vaxt Kopenhagendə "European Music Awards" musiqi mükafatının təqdim olunma mərasimində iştirak etməli idi.

Qeyd edək ki, keçən il müğənni Saryada ilk solo konsertini verməli idi. Ancaq onun prodüseri Yuri Ayzenşpisin qəfil ölümü buna mane olub.

Xəbər lenti

Xəbər lenti