...

Apellyasiya Məhkəməsi "Barmek" əməkdaşlarının işi ilə bağlı müvafiq qurumlardan sənəd tələb edib

Cəmiyyət Materials 14 Mart 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bu gün Apellyasiya Məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə "Barmek-Azərbaycan Elektrikşəbəkəsi" MMC-nin 6 sabiq əməkdaşının barəsindəki məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Apellyasiya Məhkəməsindən verilən məlumata görə, iş üzrə müəyyən sənədlər əlaqədar qurumlardan tələb olunduğundan növbəti məhkəmə prosesi martın 28-ə təyin olunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündən təqsirləndirilənlər Rahib Musayev və Ələsgər Ramazanov şikayət verib. Onlar hökmün dəyişdirilməsini xahiş ediblər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə ittiham olunan Elnur Mütəllimov və Firudin Ağayevə cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 , Asif Ələkbərov və Əhliman Məmmədova isə cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 6 ay, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunan Ələsgər Ramazanov və Rahib Musayevə isə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə müvafiq olaraq 3 il 6 ay və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Xəbər lenti

Xəbər lenti