...

Qafqazın üç dini konfessiyasının rəhbəri Küveytdə sivilizasiyalararası dialoq məsələlərini müzakirə edəcəklər

Cəmiyyət Materials 13 Aprel 2007 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Aprel ayının 17-21-də Küveyt və Bəhreyndə Qafqaz xalqlarının dini liderləri - Qafqaz müsəlmanlarının Şeyxülislamı Hacı Allahşükür Paşazadə, Ümumgürcüstan Patriarx-Katalikosu II İlya, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandrın iştirakı ilə sivilizasiyalararası dialoq məsələləri müzakirə olunacaq. Dini konfessiyaların rəhbərləri Bəhreyn və Küveytin ali dini rəhbərləri ilə qloballaşmanın milli dəyərlərə ehtimal olunan təsirlərini neytrallaşdırmaqla bağlı müzakirələr aparacaqlar. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat veriblər. QMİ-dən verilən məlumata görə, səfərdə hər iki ölkənin baş naziri, parlament sədri, din və vəqf nazirləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Qafqaz Müsəlmanları İdarəsindən həmçinin Şeyxülislamın 14-15 apreldə İstanbulda keçiriləcək Beynəlxalq Dini Konfransda iştirak edəcəyi də bildirilib.

Xəbər lenti

Xəbər lenti