...

Azərbaycanın Gəncə şəhərində korrupsiyaya qarşı içtimai komissiya yaradılacaq

Cəmiyyət Materials 4 May 2007 12:51 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə korrupsiyaya qarşı içtimai komissiya yaradılacaq. Bu barədə cümə günü Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov məlumat verib. Onun sözlərinə görə, Fondun Gəncədə apardığı araşdırmaların nəticəsi açıqlandıqdan sonra yeni komissiyanın yaradılmasına qərar verilib.

Mövsümov qeyd edib ki, Gəncədə aparılan sorğu zamanı vətəndaşlar əsasən səhiyyə, təhsil, məhkəmə sisetmi, yol polisi, vergi xidməti, mənzil istisamar sahələri, əmək və əhalinin sosial təminat qurumlarını korrupsiyaya uğramış orqan kimi qeyd ediblər. Bundan başqa, bələdiyyə orqanları və notariat idarələrində də korrupsiya halları ilə üzləşmə faktları göstərilib.

Mövsümov mövcud problemlərlə mübarizə aparmaq üçün ən vacib şərtlərdən biri kimi əhalinin bütün təbəqələrinin təmsil olunduğu içtimai komissiyanın yaradılmasını görür.

Azərbaycanın Gəncə şəhəri paytaxt Bakıdan 360 kilometr qərbdə yerləşir. Azərbaycanın ikinci ən böyük sənaye şəhəri sayılır. Əhalisi 400 minə yaxındır.

Xəbər lenti

Xəbər lenti