...

Gəncə Prokurorluğu Polis İdarəsi və Narkotiklərlə Mübarizə Şöbəsinin rəislərinə qarşı şikayətlə bağlı araşdırma aparır

Cəmiyyət Materials 15 May 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi Nizami Hüseynov və idarənin rəisi Qərib Həsənovdan qanunsuz əməlləri ilə bağlı Gəncə şəhər Prokurorluğuna şikayət ərizəsi daxil olub.

Şikayətçi Dilşad Süleymanova cərşənbə axşamı bildirib ki, Hüseynov polis rəisinin tapşırığı ilə onunla birgə qızını şöbəyə apararaq təhqir edib. "Oğlumun cinayət əməli ilə bağlı bizi dindirmə zamanı çox pis söyüşlərlə təhqir etdilər. Ağlayaraq onlara and verdim ki, məni öldürün, ancaq təhqiramiz söyüşlərlə təhqir etməyin. Əgər oğlum cinayət törədibsə, gedin tutun. Burada mənim nə günahım var? Hadisədən üç gün sonra oğlumu həbs etdilər"- deyə şikayətçi söyləyib.

Şikayət ərizəsinin daxil olduğunu təsdiqləyən Gəncə şəhər prokurorunun baş köməkçisi İbrahim Həsənov cərşənbə axşamı Trend ə bildirib ki, şikayətçilər Gəncə və ətraf rayonlarda quldurluq hadisələri törədən cinayətkar dəstənin başçısı, Xanlar rayonunun Qızılcakənd sakini əvvəllər dəfələrlə, o cümlədən dövləti cinayətdə məhkum edilmiş İftixar Süleymanovun ("Daşo" ləqəbli) valideynləridir. Onun tutulması üçün yaxın adamları, o cümlədən ailəsi ilə sorğular aparılıb.

"Onlar dindirilmələrdən sonra Gəncə şəhər Prokurorluğuna şəhərin polis rəisi Qərib Həsənovdan şikayət ediblər. Şikayətçilər iddia ərizəsində qeyd ediblər ki, "Daşo" həbsxanadan çıxandan sonra polis rəisi ondan pul tələb edib" -deyə prokurorun baş köməkçisi bildirib. Onun sözlərinə görə, şikayətçilər ərizəsində polis rəisinin onları idarəyə gətizdirdiyini, dindirmə zamanı onlara qarşı təhqiramiz hərəkətlər edildiyini göstəriblər. Həsənov bildirib ki, şikayət ərizəsi araşdırılıb və dindirmə zamanı onlara qarşı hər hansı zorakılıq hərəkətlərinin baş vermədiyi müəyyənləşdirilib və işə xitam verilib.

"Daşo" bir müddət öncə Bakıda tutulub və hazırda onun törətdiyi cinayət əməllərinə görə ilkin istintaq araşdırmaları aparılır.

Azərbaycanın Gəncə şəhəri paytaxt Bakıdan 360 kilometr qərbdə yerləşir. Azərbaycanın ikinci ən böyük sənaye şəhəri sayılır. Əhalisi 400 minə yaxındır.

Xəbər lenti

Xəbər lenti