...

Gəncədə diabetli xəstələrin sayı 10 faiz artıb

Cəmiyyət Materials 6 İyun 2007 16:45 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə diabetli xəstələrin sayı 10% artıb. Hazırda şəhərdə 6 min 67 endokrinoloji xəstəlikdən (ötən il bu göstərici 5844 olub) əziyyət çəkən var ki, onlardan da 5 min 474 nəfəri diabetiklərdir. Bunların 60%-i qadınlardır. Bu barədə çərşənbə günü Gəncə şəhər Endokrinoloji Xəstəxananın baş həkimi Süleyman Priyev məlumat verib.

Onun sözlərinə görə, Gəncədə şəkərli diabetdən əziyyət səkənlərin sayı rekord səviyyəyə çata bilər. Gün ərzində xəstəxanada ən azı üç-dörd diabetdən əziyyət çəkən yeni xəstə qeydiyyata alınır. Piriyev bildirib ki, hazırda şəkərli diabet xəstəliyinin yaranması irsi amillərdən də aslıdır. Lakin ətraf mühitin çirklənməsi və qida məhsullarının keyfiyyətinin aşağı olması diabetli xəstələrin sayının artmasına səbəb olub.

İlin sonuna kimi Gəncədə diabetdən əziyyət çəkənlərin sayı yeddi minə çata bilər.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir. Əhalisinin sayına görə, Azərbaycanın ikinci ən böyük şəhəridir.

Xəbər lenti

Xəbər lenti