...

Filarmoniyanın direktoru Murad Adıgözəlov: "Firəngiz Əlizadə ən düzgün seçimdir"

Cəmiyyət Materials 22 İyun 2007 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Firəngiz Əlizədənin Bəstəkarlar İttifaqına seçilməsi heç də gözlənilməz olmadı. Bəziləri onun namizədliyini dəstəkləyirdilər. Görün, bu seçimlə bağlı Filarmoniyanın direktoru Murad Adıgözəlov TrendLife-a nə söylədi: "Mən istərdim ki, Firəngiz Əlizadəni bu münasibətlə təbrik edim. Məndən həmişə soruşanda ki, siz bu yerə kimi layiq görürsünüz? Həmişə cavabım belə olub: Firəngiz Əlizadəni. Bu insan bizim ölkə üçün brenddir. Onun əsərləri bütün dünyada ifa olunub, bundan sonra da ifa olunacaq. Rəhmətlik Mstislav Rastropoviçdən tutumuş tanınmış ifaçılara qədər hamı onun əsərlərinə müraciət edib. Yeri gəlmişkən, o, Firəngiz xanımın sənətini çox yüksək qiymətləndirirdi. Yeni sədr həmin yerə, doğurdan da, layiqdir. Firəngiz xanım Qara Qarayevin tələbəsi olub. Mənə elə gəlir ki, bu, ən düzgün seçimdir. Səs verənlərin hamısına dərin təşəkkürümü bildirirəm".

Xəbər lenti

Xəbər lenti