...

Azərbaycan yığmasının baş məşqçisi: "UEFA-nın qərarı bizim üçün qanundur"

Cəmiyyət Materials 25 İyun 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "UEFA-nın qərarı bizim üçün qanundur və biz bunu qəbul etməliyik". Bunu Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev UEFA-nın Ermənistan-Azərbaycan matçlarının ləğvi ilə bağlı qərarını şərh edərkən deyib.

Məşqçi qeyd edib ki, qitə qurumunun qərarı artıq qüvvəyə minib, buna görə də bu məsələdə son nöqtənin qoyulduğunu söyləmək olar. "İndi biz digər görüşlərə diqqəti yönəltməliyik. Axı futbolçuları Portuqaliya, Serbiya və digər millilərə qarşı heç də asan olmayan oyunlar gözləyir" - deyə Diniyev qeyd edib.

Turnir cədvəlində Azəerbaycan beş xala sonuncu yerdə qərarlaşıb və ermənilərdən iki xal geri qalır.

Xəbər lenti

Xəbər lenti